top of page

Kloun Balığı

Kloun Balığı çox məhşur akvarium balığıdır.Bütün dünya bu balığı "Nemo" multfilimindən tanıyır.25 c dərəcədə yaşayır.Bu balığı saxlamaq üçün aşaığıdakılar olmalıdır:
1)Ən azı 90x30x38 sm ölçüdə akvarium.
2)bu akvariuma uyğun alt şkaf və ya tumb.
3)Daxili,xarici filterlər,su qızdırıcıları və s. akvarium texnikası.
4)Relyef təbii mərcan daşları və okean qumu.
5)Akvasalonlarda satılan əsl okean duzu.
6)Hidrometr-suyun duzluluğunu bilmək üçün.Ən yaxşı göstərici 1.021-1.023
7)Testlət-nitrat ,pH, ammiak və s.
8)İşıqlandırma-akvarium üçün xüsusi lampalar ilə.(2 və ya çox)
9)Sifon
10)Saçok.(nə qədər böyük olsa balığı zədələməyib tutmaq daha asan olacaq.)
11)Magnit şüşə təmizləyən.
12)Quru balıq yemi(dəniz) və ya artemiya,krivetka.
Bundan əlavə sizə hövsələ lazım olacaq.Çünki akvariuma duzlu su tökəndən sonra 2-3 həftə akvarium necə deyərlər "yetişməlidir".bu vaxta burada bakteriyalar yaranmalı,ammiak və nitrat stabilləşməlidir.Əgər gözləməsəniz balıq ölə bilər.Balıqlardan daha tez böyüyəni dişi,sakit və bir az balacası erkəkdir.Bu balıqlar təbiətdə 10-11, akvariumda isə 18 il yaşayır.Buna səbəb təbiətdə onların düşmənləri çoxdur.Buna akulanı misal gətirmək olar.Akvariumda aktiniya mərcanları olsa daha yaxşı olar.Amma aktiniyanı saxlamaq çətindir.Amma narahatçılığa dəyməz,balıqlar aktiniyasızda qala bilərlər.

Bu gözəl və qeyri adi balıq Sixlida-Limon və ya Limonik adlanır.Bu ad onun rənginə görə verilmişdir.Afrikanın Malavi gölündə yaşayırlar.Maksimal uzunluğu
8 sm-i keçmədiyindən onu 60-70 litrlik akvariumda saxlamaq olar.Suyun əlverişli hərarəti 23-28 C olmalıdır.
Diqqəi! Diqqət!
Bu balıqların ömrü 6 ildir.Onlar yavaş-yavaş böyüyür.Ona görə BİO-filterin suyu akvariumdan soran borusunun ağzına setka taxın!Əks halda balaca balıqlarınızın
başı və ya bütün bədəni ora sorula bilər!

Limonik

Trofeus

Bu balıqlar çox aqresiv olduğundan onu sürü halında saxlayırlar.Bunun üçün 300 litrlik akvarium vətəxmini 15 ədəd bu balıqdan lazımdır.Balıqlar üçün əlverişli su hərarəti 25 C sayılır.Təbiətdə əsasən kiçik yosunlar və bu yosunlara yapışmış mikro-orqnizmlərələ qidalanır.Onlarda həzm sistemi uzun olduğundan satışda olan yemlərin əksəriyyəti onun üçün pisdir.Onun üçün tərkibi tərəvəzlərdən olan
yemlərdən istifadə edib,onların təbiətdəki həyat tərzinə uyğun olaraq gündə 2-3
dəfə az-az yemək vermək lazımdır.

Pirani

Piarani balıqların uzumluğu 80 sm-ə qədər olur. Amma, balığın 5mm-lik iti dişlərinə baxmayaraq onu akvariumlarda saxlayırlar.Bunun üçün ən azı 500 litr həcimli akvarium tələb olunur.Bu balığı tək saxlamaq olmur.Onlar sürü halında yaşayır.Akvarium suyunun hərarəti 24-25 C olmalıdır.Bundan əlavə çoxlu akvarium bitkisi olamalıdır.Pirani ət və ya diri yemək yeməlidir.
Diqqət!Diqqət!
Akvariumun ağzı bağlı olmalıdır.Əgər siz başınızı suya yaxın tutsaz sizin sevimli Pirani sizin burnunuzu və ya başqa yerlərinizi dişləyə bilər!Əlinizi suya yaxın tutsaz böyük pirani barmaqnızı dibindən çıxara bilər!

Diskus

Diskuslar çox gözəl və rəngarəng balıqlardır.Onlar tropiklərdə yaşayır.Bu balıqlara lazımi qulluğu göstərməsən pis xəstələnə bilər.Bu xəstəliklərdən biri Geksomitoz adlanır.Onun əsas əlamətləri bunlardır:
1.Yemək yeməkdən imtina edir
2.Balıq rəngini itirir,ağarıb meyid rəngində olur
3.Sürüdən ayrılıb gizlənir
Əgər xəstəliyi müəlicə etməsəniz balıq didilib ölür.Xəstəliyi aradan qaldırmaq üçün sadəcə suyun hərarətini 33-35 C-yə qaldırmaq lazımdır.Belə şəraitdə balıq sağalacaq.

Frantoza balığının vətəni Tanqanika(Afrika) gölüdür.Bu balığa onun gözəlliyinə və digər balıqlar üstündə hakimliyinə görə"Tanqanika Şahzadəsi" titulu verilmişdir.Balığın saxlanılması üçün minimum 100 litrlik akvarium lazımdır.Balıq 30 sm uzunluğuna kimi olur.Erkəyini diçidən ayırmaq çox asandır.Erkəyin alını çox qabağa gəlib,anal(dal tərəfdə,aşağıda yerləşir) üzgücləri bədənindən uzan olur.
Hamiləlik dövründə əksər sixlidlər kimi balasını ağzında saxlayır.Vaxt gələndə isə 20-25-ə qədər bala verə bilər.Azərbaycanda isə əsasən frantozanın 1 sm-liyi 3 manata olur.Yəni dişi frantoza sizə təxminən 60-85 manat gəlir gətirir!

Frantoza

Xromis gözəl

Qara Xromis və ya Qırmızı Xromis papular akvarium balıqlarındandır.Erkəklərin maksimal uzunluğu 15 sm, dişilərinki isə 12 sm-dir.Minimal həcmi 100 litr olmalıdır.Bir az aqresiv ola bilirlər.Bunun qarşısını almaq üçün bir erkəyə iki dişi ayırmaq lazımdır.Suyun optimal hərarəti 24-28 C olmalıdır.Relyef isə qayalıq və
bitki örtüyündən ibarət olmalıdır.Gizlənməyə yerdə lazımdır.

Sixlida xameleon

Sixlida-Xameleon Malvi gölündə yaşayır.Yaşadığı yerə uyğun olaraq 24-26 C-də yaşayır.Onlar minimum 150 litrlik akvarium tələb edir.Onların akvariumu qayalıq və xırda daşlardan ibarət olmalıdır.Akvariumun bir hissəsi isə torpaq və bitkilərdən ibarət olsa yaxşıdır.Onlar aqresiv balıqlardır.Onun qarşısını almaq üçün bir erkəyə 2-3 dişi düşməlidir

Kazuar balığı

Kazuar balığı gözəl boz rəngli balıqdır.Şirin suludur,Konqo çayında yayılıb.
Erkəklərin alını yuxarıya doğru qalxır.Dişilərdə isə alın demək olar ki yoxdur.Balıq oksigenlə zəngin, axarlı su tələb edilir.Məhz ona görə adi akvarimda Kazuar hva filterinin qabağında dayanır.Həm filter hava vırdığına həm də hava ilə yanaşı su vurub, axarlıq yaratdığına görə Kazuar orada dayanır.Kazuar üçün əlverişli hərarət 25-28 C olamlıdır.

Şirin su Krivetkası

Şirin su krivetkaları onayaqlı xərçəngkimilərə aid edilir.Krivetkaların akvariumda saxlanılması elə də papulr olamasa da, üzmə vaxtı bu canlıların xırda ayaqlarını tərpədməsi adamda maraq hissi oyadır.Krivetkalar 15 C-dən 30 C deopazonunda yaşaya bilir.26-28 C-də onlar aktiv olurlar.18 C-dan aşağı temperaturda isə onlar ləng olur və yavaş-yavaş ölür!Bundan əlavə suyun temperaturunun kəskin dəyşilməsi onlar üçün ölümcül təhlükə yaradır!

Quppi

Quppi çox dözümlü və hər yerdə papular akvarium balığıdır.Onun üçün əlverişli temperatur 25 C olmasına baxmayaraq 18-30 C-də yaşaya bilir.Aşağı tempraturda onlar daha böyük olub, daha çox 3-3,5 il yaşayır.Hamiləlik dövrü uzanır və balalr da böyük doğulur.Lakin kürünün zədələnmə və ya balığın xəstələnmə riski artır.Yüksək tempraturda isə bu balıqlar daha kiçik olub, 1 ildən çox yaşamır.Onlar üçün əlverişli şəraitdə olan akvarium 30x30 sm ölçülü olmalıdır.Suyun səviyəsi 15-20 sm olsa daha yaxşı olar.

Oskar

Bu qeyri adi,böyük və güclü balıq Oskar adlanır.Çox aqresiv balıqdır.Kiçik qurbağanı və ya 2-3 sm-lik balaca balıqları yeyir.Yanına quppi buraxsan birdən udar.Təbiətdə 30, akvariumda 25 sm olur.İlk baxışdan bu balıq çox astagəl və ləngdir.Lakin ilkin görünüş aldadıcıdır.Əgər özündən bir metr məsafədə kiçik balıq görsə siz heç gözünüzü qırpmağı çatdırmayacaqsınız ki,Oskar metr məsafəni qət edib balaca blığın yanına gələcək.Gözünüzü açanda isə artıq Oskarın ağzından balaca balığın quyruğunun sallandığını görəcəksiniz.Ona görə
Oskarın yanında 4 sm-dən kiçik balıq saxlamaq təhlükəlidir.Bundan əlavə Oskar
Frantoza,Trofeus,Cekson,Nyasa və s. balıqlarla dalaşa bilər.Oskara akvariumda ət və ya krivetka vermək lazımdır.

Ktenopoma leopard

Bu balıq Konqo su hövzələrində yayılıb.Maksimal uzunluğu 15 sm olan bu möhtəşəm balıq bir çoxlarının ürəyini qarət edib.Bu balıq 100 litr həcimli akvarium tələb edir.Süyun hərarəti 22-28 C olmalıdır.Leopard sakit balıq olsa da,Oskar,Franto-

za,Cekson,Nyasa və s. agresiv balıqlarla yaşaya

bilər.

Severum (yalançım Diskus)

Bu balıq Diskus deyil.Severum Diskusa çox oxşamasına görə Yalançı Diskus da adlandırılır.Bu balığın saxlanması üçün ən azı 150-200 litrlik akvarium lazımdır. Suyun hərarəti 22-24 C olmalıdır.Balıq Cənubi amerikanın su hövzələrində yaşayır.Bu balıqlar təbiətdə maksimum 20 sm, akvariumlarda isə maksimum 15 sm olur.

Psevdotrofeus Demosani

Psevdotrofeus Demosani 1994-cü ildə Edom Kinq tərəfindən aşkar olunub və onun ənyaxın dostu Leyf Demosaninin şərəfinə adlandırılıb.Bu balıqlar müşahidə üçün çox maraqlıdı balıqlardı.Onlar başıaşağı üzə bilir.Onlar maraqlı,mərd və özünəməxsus xarakterli balıqlardır.Malavi gölündə yaşayan bu qeyri-adi balığın 12 növü var və bütün növləri "Qırmızı Kitab"-a "nəsli kəsilmək üzrə" statusu ilə daxildir.Uzunluğu 6-9 sm olur.Demosaninin saxlanılması üçün əlverişli su temperaturu 24-28 dərəcədir.Bu balıqların öz ərazisi olmalıdır.Hətta 2-3 smlik demosani orta ölçülü balığı öz ərazisindən qova bilər.Bu balıqlar bir-biri ilə dalşa və hətta biri digərini öldürə bilər.Hamilə balıq kürünü ağzında saxlayır.2,5 sm ölçüdə onlar kürü saxlaya bilir lakin balğın ölçüsündən asılı olaraq bu vaxt o, az bala verir.Bu vaxtı erkək demosani öz yoldaşını qoruyur.Akvarium kiçik olanda və ya yoldaşını qorumağa yer az olanda o, digər balıqları ölümcül döyə bilər.7 gündən sonra 27 dərəcədə balalar çıxır.Böyük demosani 12 bala ver bilər.

Şəkildə gördüyünüz hamımıza tanış olan dəniz ulduzudur.Bu canlını saxlamaq çox çətindir.Onu ancaq mütəxəssislər saxlaya bilər.Onları saxlamaq üçün 400 litrlik rif akvariumu məsləhətdir.Mikro yosunlar və adı balıq yemi ilə qidalanır.Suyun optimal hərarəti 22-26 C dərcədir.Balıqlardan fərqli olaraq dəniz ulduzları üçün dəqiq su parametrləti olmalıdır.1.023-1.025 pH,8.1-8.4 dKH 8-12 olmalıdır.Akvariumun dibi qumluq olmalıdır.Dəniz ulduzunu alan kimi akvariuma buraxmaq olmaz.Onu akvariuma buraxmaq üçün ulduz olan qabdakı suya bir az akvarium suyu qatılır,sonra birazda və sonra onu akvariuma buraxmaq olar.Onu akvariuma buraxandan sonrakı 1-2 ayda suyu dəyişmək olmaz.Heç bir med preparatlar tökmək olmaz.Amma yenədə qeyd etməliyəm ki, hər adam ulduz saxlaya bilməz.Ulduzu ancaq təcrübəli akvariumistlər saxlaya bilər.

Dəniz ulduzu

Qırmızıqulaq tıspağa

Bu Qırmızıqulaq tıspağadır.Onu saxlamq 150-300 lirlik akvarium və akvariumda bir az quru yer və ya belə canlılar üçün nəzərdə tutulmuş akvaterarium(akvaterarium bir neçə quru yeri olna akvariumdur) lazımdır.Akvarium və ya akva terariumda iki cür quru olmalıdır.Bir 28-32C(lampanın altında olanda həmin yer qızır və lazımi şərait yaranır) və 24-25C dərəcə(lampadan aralı) olan quru olmalıdır.Quru elə ölçüdə olmalıdır ki,akvarium və ya akvaterariumdakı bütün balıqlar ora yerləşsin.2 yaşacan tıspağaları hər gün,böyük tıspağaları isə həftədə 3-4 dəfə adi balıq yemi ilə və ya xüsusi tispağa yemi ilə yedirdirlər.Bir yerdə ancaq eyni ölçülü Qırmızıqulaq tıspağa saxlamaq olar.

Sixlozoma briliant

Bu balıq brilliant balığı və ya sixlazoma brilliant Rio-Qrande hövzəsinin gözəl nümayəndələrindən birirdir.Təbiətdə 40 akvariumda isə 20 sm-ə kimi uzanır.Erkək fərdləri dişidən fərdlərdən anal üzgəclərin daha iti olması ilə fərqlənir.Əgər onu 120 litrdən az akvariumda saxlasanız digər balıqlara qarşı aqresiya göstərə bilər.Ancaq yoldaşları və ilbizlərlə qalır.Suyun temperaturu 25-28C olmalıdır.

Nimboxromis Venustus

Nimboxromis Venustusun uzunluğu 20 santimetrə kimi olur.Erkək nimboxromis parlaq göy və yaşılımtıl sarı olur.Dişi isə daha çox parlaq qızılı rəngdə olur.Fasiləsiz işləyən filter və güclü aerasiya olan 25-27C temperaturunda suda qalır.Akvariumun minimal həcmi 100 litr olmalıdır.Lakin belə akvariumda onlar komfort his etmirlər. İmkan daxilində onları 200 litrlik akvariumda saxlamaq məsləhət görülür.Ona üzmək rahat olması üçün akvarium yarısı boşluq digər yarısı isə ya suni ya diri otlardan və qayalıqlardan olmalıdır.

bottom of page